Azyaşlılar arasında təhlükə: "Ölümlə nəticələnən xəstəlikdir"
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər azyaşlılar arasında kəskin respirator virus infeksiyalarının və rotavirusun yayılması müşahidə olunur. Xəstəliyin əsas əlamətləri arasında hərarətin 39 dərəcəyə qədər yüksəlməsi, burun axması, boğaz ağrısı, öskürək, ishal və ümumi halsızlıq yer alır.
Valideynlərin sözlərinə görə, xəstəlik xüsusilə məktəblilər və bağça uşaqları arasında yayılıb.
"Qızdırması 39 dərəcəyə qalxmışdı, bir həftə məktəbə göndərmədim. Rotavirus olduğu məlum oldu. Ətrafda da çox uşaq xəstələnib", - deyə valideynlərdən biri bildirib.
Həkimlərin xəbərdarlığına görə, xüsusilə 2 yaşından kiçik uşaqlarda dehidratasiya (bədəndə maye itkisi) sürətlə inkişaf edir. Bu isə ağızda quruluq, sidiyin azalması, dodaqlarda çatlar kimi əlamətlərlə müşayiət olunur və vaxtında müdaxilə edilmədikdə ağır fəsadlara, hətta ölümlə nəticələnə biləcək hallara səbəb ola bilər.
Mütəxəssislər uşaqları viruslardan qorumağın yollarını açıqlayıblar.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...