Azyaşlını vuran avtomobil hadisə yerindən uzaqlaşıb - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadda azyaşlını vuran sürücü saxlanılıb.
BAKU.WS-in məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirib ki, Ş.Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobillə rayonun Uzuntəpə kəndi istiqamətində hərəkətdə olarkən azyaşlını vurub.
Məktəbli xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib. İddia edildiyi kimi sürücü hadisə yerindən yayınmayıb. O, polis əməkdaşları tərəfindən saxlanılaraq, polis şöbəsinə aparılıb.
Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.
***20:15
Cəlilabad şəhəri, 3 saylı orta məktəbin yaxınlığında naməlum avtomobil 2014-cü il təvəllüdlü rayon sakini Ə.Novruzzadəni vuraraq hadisə yerindən uzaqlaşıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, yaralı ağır vəziyyətdə ətrafdakı şəxslərin yardımı ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda qız söhbətində qan düşdü: Məktəbin yanındakı cinayətin TƏFƏRRÜATI - FOTO
Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində 2020-ci il sentyabrın 25-də Məhəmməd Əzimov bıçaq xəsarətləri alır. Yaralı Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbə...