Azyaşlı oğlunun gözü qarşısında arvadını qətlə yetirdi
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 29-u, saat 01 radələrində Şirvan şəhər sakini 1994-cü il təvəllüdlü Camalə Qənbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
Baş prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1992-ci il təvəllüdlü Kəmaləddin Qənbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla Camalə Qənbərovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Kəmaləddin Qənbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
İş üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Bakıda kamera qarşısında keçmiş məhbusu belə öldürdü - ANBAAN VİDEO
Baxış keçirilməsi protokoluna əsasən, cinayət 2019-cu il oktyabrın 24-ü saat 23:13-də Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 28 ünvanında baş verib. Hadisə yerind...