Azərbaycanlı jurnalist hamilə həyat yoldaşını küçənin ortasında döydü - VİDEO

Azərbaycanlı jurnalist hamilə həyat yoldaşını küçənin ortasında döydü - VİDEO
Video
Hadisə 9667
Azərbaycanda utancverici hadisə baş verib. Jurnalist Anar Gəraylı hamilə həyat yoldaşı Pərvanə Qurbanlını döyərək xəstəxanalıq edib. BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, 10 gündür fəaliyyətini dayandıran Lent.az saytının redaktoru küçənin ortasında xanımına ağır zərbələr endirib. Pərvanə aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. Ona beyin silkələnməsi diaqnozu qoyulub. Tanışlarının sözlərinə görə, 5 ay əvvəl ailə quran Anar Gəraylı xanımı Pərvanə Qurbanlıya mütəmadi olaraq zorakılıq tətbiq edib. Jurnalistin bu hərəkəti sosial şəbəkələrdə ciddi etiraza səbəb olub.Anar Gəraylı Lent.az saytının redaktoru olmaqla yanaşı, Ailem.az layihəsinin rəhbəri idi. Anar Gəraylı ilə Pərvanə Qurbanlının bu ilin aprel ayında baş tutan toyundan xoşbəxt görüntüləri təqdim edirik:Zülfiyyə QurbanovaBAKU.WS \

Etiraz dolu statusların bir qismini təqdim edirik:

Oxşar xəbərlər

Son xəbərlər