Azərbaycanlı gənc velosipedlə dünya turuna çıxıb - FOTO

Azərbaycanlı gənc velosipedlə dünya turuna çıxıb - FOTO
Hadisə 1004
 

Azərbaycanlı gənc öz velosipedi ilə dünya turuna çıxıb. ANS PRESS-in məlumatına görə, bir il bundan əvvəl dünya ölkələrini gəzməyə başlayan gənc artıq 11395 km məsafəni qət edərək 9 ölkədə olub. 

34 yaşlı Tural Abbasov adlı azərbaycanlı deyir ki, növbəti 3 il ərzində o, bütün dünyanı gəzmək niyyətindədir. "Hazırda İndoneziyaya çatıram. 377 gündür ki, yol gedirəm. Sponsorum yoxdur. Özümlə çadır götürmüşəm, lazım olanda ondan istifadə edirəm, yaxud çox ucuz otellərdə, hostellərdə gecələyirəm".

Azərbaycanlı səyyah indiyədək əldə etdiyi ən böyük uğurunun "Pamir trakt”ını keçməsi olduğunu deyir. Onun sözlərinə görə, 1400 km-lik yol Tacikistan və Qırğızıstanı birləşdirir. Yolda 10 aşırım var. "Bəzi hissələri isə təkcə qayalıqlardan ibarətdir. Amma çətinliklərə baxmayaraq mən həmin yolu keçdim və bundan çox məmnunam”.

Tural Abbasov indiyədək ərazisindən keçdiyi ölkələrin adını da bizə açıqladı:

Səyahətçi növbəti marşrutunu da açıqlayıb - Avstraliya.  Onun sözlərinə görə, iki ölkəni ya okean, ya da dəniz birləşdirəndə, o, təyyarə, yaxud gəmidən istifadə edir.

Uzun yolun velosiped kimi nəqliyyatla keçilməsinin çətilikləri də çoxdur. Məsələn,  viza. Tural da bu çətinliklərlə qarşılaşıb. "Bəzi ölkələr üçün viza alanda heç bir problem yaşamadığını, bəzilərində isə proses uzanır. Amma sonra istəyimə nail oluram".

Tural deyir ki, onun dünya turuna çıxdığını eşidəndə çoxu fikirləşib ki, yəqin, imkanlı ailənin oğludur. Amma əslində elə deyil.

"Düzdür, mən kasıb deyiləm. Amma imkanlı ailədən də deyiləm. Sadəcə bu günə kimi nə əldə etmişəmsə, öz hesabıma əldə etmişəm. Əvvəllər BP-də, BMT-də işləmişəm".

Tural ilk səyahətinə vətənindən başladığını bildirdi. "İlk dəfə Azərbaycanın rayonlarını qarış-qarış gəzdim. Sonra özümə söz verdim ki, bütün dünyanı gəzəcəm".

BAKU.WS

Son xəbərlər