Azərbaycanda toyda dava, bir nəfər bıçaqlandı

Azərbaycanda toyda dava, bir nəfər bıçaqlandı
Hadisə 988

Ötən gün axşam saatlarında Şabran rayonunun Padar kəndində keçirilən toy mərasimində bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS-in Report-a istinadla verdiyi məlumata görə, 1970-ci il təvəllüdlü rayon sakini Zülfüqar Əlyulla oğlu Cəfərov qarın boşluğundan bıçaq zərbəsi alıb.

Şabran Rayon Mərkəzi Xəstəxanasının cərrah həkimi Qürbət Niftəliyev bildirib ki, bıçaqlanan şəxs yol kənarından tapılıb.

İlkin məlumatlara görə, o toyda bıçaqlandıqdan sonra yol kənarına atılıb. Dərhal cərrahiyə otağına alınan Zülfüqar Cəfərovun vəziyyəti orta ağırdır.

Hadisə yerinə Şabran rayon Polis şöbəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Toyda qız və oğlan evi arasında dava: 6 yaralı (FOTO)

Toyda qız və oğlan evi arasında dava: 6 yaralı (FOTO)

Bərdə rayonunda toyda qız evi ilə oğlan evi arasında dava düşüb. BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektind...

2152 Hadisə 17:00 09 sentyabr 2015

Son xəbərlər