Azərbaycanda terror törətmək istəyən rus əsgərin ETİRAFI
ANS Qızıl Fondundan Azərbaycanda körpü partlatmaq istəyən Ermənistanın rus əsilli muzdlu əsgərlərinin etiraflarını təqdim edib.
BAKU.WS ANS PRESS-ə uistinadən verdiyi məlumata görə, ANS-in prezidenti Vahid Mustafayev 1992-ci ildə Bakıda rus əsilli zabitin müsahibəsini lentə alıb. Müsahibə zamanı zabit deyir ki, o pul qazanmaq üçün Dağlıq Qarabağda Ermənistan ordusunda döyüşür.
Rus əailli zabit Dağlıq Qarabağa -Xankəndinə necə gətirildiyini izah edib. O etiraf edib ki, Dağlıq Qarabağda rus əsilli muzdlu əsgərlər çoxdu.
Müsahibə zamanı zabit Azərbaycanda körpüyə minanı necə düzdüyünü və partlatmaq istədiyini boynuna alıb. Onun sözlərinə görə, partlayıcı maddənin çəkisi 100 kiloqram olub.
BAKU.WS
Oxşar xəbərlər
Zabit Səmədov Kadırovla birgə namaz qıldı (VİDEO)
Azərbaycanlı idmançı Zabit Səmədov Çeçenistan lideri Ramzan Kadırovla birlikdə namaz qılıb. BAKU.WS-in məlumatına görə, bu barədə Kadırov öz rəsmi Instagram s...