Azərbaycanda partlayış oldu: dağıntılar altından 2 nəfər çıxarıldı

Azərbaycanda partlayış oldu: dağıntılar altından 2 nəfər çıxarıldı
Hadisə 3409
Tovuz rayonunun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib. BAKU.WS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, yanğın hadisəsi olmayıb. Partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər