Azərbaycanda ŞOK OLAY: Ərə getməyən qız sevgilisini məhkəməyə verir
Yeniliklərdən dərhal xəbərdar olun
Femida.az -a vətəndaş tərəfindən müraciət daxil olub. Aygün Ələsgərova ( ad, soyad şərtidir) iddia edir ki, keçmiş sevgilisi ona ümid verib, sonra onunla evlənməyib.
Xanım hesab edir ki, bu hərəkətinə görə, keçmiş sevgilisi məsuliyyətə cəlb olunmalıdır. Vətəndaş iddia edir ki, sevdiyi oğlandan ayrıldıqdan sonra ailə həyatı qura bilmir. Buna görə də, hüquqlarının bərpa olunmasını istəyir.
Qızlara ümid verən oğlanlar məsuliyyətə cəlb oluna bilərmi? BAKU.WS xəbər verir ki, sözügedən sayt sualın hüquqi şərhi ilə bağlı vəkil Sadiq Əfəndiyevlə əlaqə saxlayıb. Vəkilin sözlərinə görə, burada hüquq pozuntusundan söz gedə bilməz.
"Belə hallarla biz də rastlaşırıq. Xanımlar bir müddət münasibətdə olduqları bəylərdən şikayətçi olurlar. Əgər, bir oğlan qıza sadəcə ümid veribsə, el dilində desək, ona söz verib, evlənməyibsə, burada heç bir hüquq pozuntusu yoxdur. Hüquq pozuntusundan əlavə, burada heç əxlaq pozuntusu da müşahidə edilmir. Hər kəs öz seçimində sərbəstdir."
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan məktəbində seks qalmaqalı: "Qızı videoya çəkiblər"
Beyləqanda orta məktəb şagirdi 17 yaşlı A.Z.-nın oğlan dostu Məlik Hüseynov (ad şərtidir) tərəfindən təcavüzə uğradığı deyilir. M.Hüseynov onu bir müddət öncə ç...