Yol polisinin cəzasından yayınmaq üçün...

Yol polisinin cəzasından yayınmaq üçün...
Sosial 1590

Dövlət Yol Polisinin açıqladığı statistika hər bir sürücü üçün ciddi siqnal olmalıdır.

Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.Baş Dövlət Yol Polisi İdarəsinin son 3 həftə ərzində aparılan reydlərin nəticələrinə dair açıqladığı statistikaya əsaslanan ekspert qeyd edib ki, təkcə son 21 gün ərzində 203 min sürücü məsuliyyətə cəlb olunub:

"Müqayisə üçün deyim ki, ötən 2015-ci il ərzində təkcə sürücülər deyil, bütün hərəkət iştirakçılarının inzibati məsuliyyətə cəlb olunması sayı 2 milyon 500 min idi. Yəni orta hesabla bir ay ərzində 208 min məsuliyyətə cəlb etmə, özü də burada piyada da var, sərnişin də. İndi isə cəmi 21 günə 203 min sürücü. Yəni belə getsə, bir aya təxminən 300 minə yaxın sürücü məsuliyyətə cəlb olunar. Özü də əminəm ki, bu 203 min bütün ölkəni əhatə etmir, çünki cəmi 1 gün ərzində ölkə statistikasını ümumiləşdirmək mümkün deyil".Ə.Hüseynovun fikrincə, bu onu ifadə edir ki, DYP nəzarəti daha da sərtləşdirir, məsuliyyətdən kənarda qalma azalır: "Bu statistikanın içərisində yer almamağın yeganə yolu isə intizamlı olmaqdır. Bunun alternativi yoxdur".

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda iki gündə 21 min sürücü cərimələndi

Azərbaycanda iki gündə 21 min sürücü cərimələndi

Avqustun 1-i və 2-də respublika yollarında keçirilən reydlər nəticəsində 21029 nəfər sürücü inzibati məsuliyyətə cəlb olunub. BAKU.WS-in məlumatına görə, bu ba...

1992 Sosial 16:45 03 avqust 2016

Son xəbərlər