Azərbaycanda məşhur narkotik alverçisi tutuldu - Axundun oğlu imiş - FOTO

Azərbaycanda məşhur narkotik alverçisi tutuldu - Axundun oğlu imiş - FOTO
Hadisə 3853
Xaçmaz Rayon Polis Şöbəsinin və Xudat Polis Bölməsinin birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şimalda məşhur narkotik alverçisi “Çukkuş” ləqəbli, Xaçmaz rayon, Xudat şəhər sakini Baloğlanov Ceyhun Əhmədağa oğlu saxlanılıb.BAKU.WS Yenicag.az-a istinadən xəbər verir ki, onu külli miqdarda narkotik satışını həyata keçirərkən saxlayıblar.Onu da qeyd edək ki, “Çukkuş” ləqəbli bu şəxs uzun illərdir ki, şimal bölgəsində böyük narkoplantasiyaların bağbanı kimi tanınsa da, onu faktiki olaraq “iş başında” yaxalamaq mümkün olmayıb.Maraqlıdır ki, hazırda barəsində 3 ay həbs-qətiimkan tədbiri seçilən narko-dilerin atası Əhmədağa Baloğlanov da Xudat şəhərinin axundudur.Xatırladaq ki, bir müddət əvvəl də “Çukkuş”un yaxın qohumu Şükürov Tural Vaqif oğlu da yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli əməllərə cəhd etdiyinə görə həbs edilib.BAKU.WS

Oxşar xəbərlər

Külli miqdarda narkotik vasitə ələ keçirildi

Külli miqdarda narkotik vasitə ələ keçirildi

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.BAKU.WS xəbər ve...

1893 Hadisə 14:08 08 mart 2018

Son xəbərlər