Azərbaycanda iki bacının faciəsi - biri öldü, digəri komadadır - FOTO
16
sen
2016
15:05
Dünən Novxanıda baş vermiş dəhşətli yol qəzasında ölən və yaralanan iki qızın bacı olduğu məlum olub.
BAKU.WS lent.az-a istinadən bildirir ki, 1991-ci il təvəllüdlü Sürəyya Qəhrəmanlının idarə etdiyi "Chevrolet"in "MAN" markalı yük maşınına çırpılması nəticəsində o vəfat edib. Bacısı, 24 yaşlı Leyla Qəhrəmanlı isə koma vəziyyətində xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, ekspertizalar təyin edilib.
Qəzaya düşən bacılar Bakıdakı özəl klinikalardan birində çalışırmışlar. Onlar Sumqayıtdan Bakıya işə gələrkən qəzaya düşüblər.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda FACİƏ: Toyuna 2 həftə qalmış atası ilə birgə öldü
Bu gecə Bakı şəhərinin Zığ qəsəbəsində dəhşətli yol qəzasında vəfat edən 24 yaşlı Sahib Rzayevin nişanlı olduğu məlum olub. Yaxınlarının lent.az-a verdiyi məlum...