Azərbaycanda baş verən dəhşətli qəzanın görüntüsü yayıldı (VİDEO)
24
fev
2019
10:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Masallıda zəncirvari qəza baş verib.Hadisə Ələt -Astara magistralının Alvadı kəndindən keçən hissəsində baş verib. Biləsuvar sakini Rafik İsmayılovun idarə etdiyi, Biləsuvar-Astara marşrutu üzrə hərəkət edən mikroavtobus əvvəlcə Cəlilabad sakini Aslan Ağayevin sükan arxasında olduğu minik avtomobili, sonra isə Cəlilabad sakini Məlik Məlikovun idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşub. Sürücülərdən biri, 70 yaşlı Aslan Ağayev hadisə yerində ölüb. Mikroavtobusun sürücüsü Rafik İsmayılov və sərnişinlər - Masallı sakini Mətanət Əliyeva, Cəlilabad sakini Ruslan Nuruşov və Biləsuvar sakini Kənan Həsənzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.BAKU.WS
Oxşar xəbərlər
Masallıda dəhşətli qəza - Ölən və yaralananlar var - FOTO
Masallı rayonunda zəncirvari yol qəzası baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Ələt -Astara magistralının Alvadı kəndindən keçən hissəsind...