Azərbaycanda şadlıq sarayının sahibi qəza törətdi: avtomobil bir neçə dəfə aşdı

Azərbaycanda şadlıq sarayının sahibi qəza törətdi: avtomobil bir neçə dəfə aşdı
Hadisə 2320

 

Qaxda şadlıq sarayının sahibi qəza törədib.

"Report”un Şimal-qərb bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun 26-cı kilometrliyində, yolun Qax şəhəri ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, Qax rayonunun Qıpçaq kənd sakini 1971-ci il təvəllüdlü, Araz Qürbət oğlu Məmmədov idarə etdiyi 353-XT-89 Rusiya dövlət nömrə-nişanlı "İnfiniti” markalı avtomobillə Qaxdan Şəki istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun sol tərəfinə aşıb.

Qəza nəticəsində avtomobil bir neçə dəfə aşıb və deformasiyaya uğrayıb. Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmətinin əməkdaşları və təcili tibbi yardım maşını cəlb olunub. 

Qəza törədən sürücünün xəsarətləri yüngül olduğundan xəstəxanaya getməkdən imtina edib.

Qeyd edək ki, A.Məmmədov Qax rayonunun Qıpçaq kəndində yerləşən və öz adını daşıyan "Araz” şadlıq sarayının rəhbəridir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Polis qəza törətdi, bir nəfər öldü

Polis qəza törətdi, bir nəfər öldü

Zaqatalada polis əməkdaşı qəza törədib, hadisə nəticəsində bir nəfər ölüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 01 radələrində rayonun Maz...

1554 Hadisə 09:54 20 avqust 2016

Son xəbərlər