Azərbaycanda 6 yaşlı qız döyülərək öldürülüb

Azərbaycanda 6 yaşlı qız döyülərək öldürülüb
Hadisə 1188

Azərbaycanda dəhşətli qətl törədilib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Şəhər sakini, 6 yaşlı Ramilə Abdulxalıqovanın üzərində xəsarətləri olan meyiti küçədə tapılıb. Uşağın anası Samirə Narıyeva polisə qızının avtomobil vurması nəticəsində öldüyünü bildirib. Araşdırmalar zamanı qızın avtomobillə vurularaq deyil, qətlə yetirildiyi müəyyən edilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş Elnur Hacıyev tutulub. E. Hacıyev azyaşlı qızı döyərək öldürdüyünü etiraf edib. Saxlanılan şəxsin azyaşlının anası ilə qeyri-rəsmi nikahda olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda ər arvadını başqa kişi ilə tutdu, öldürdü

Azərbaycanda ər arvadını başqa kişi ilə tutdu, öldürdü

Bakıda qətl törədilib. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 4-cü mikrorayon ərazisində yerləşən evlərdən birində qeydə alınıb. S...

4375 Hadisə 12:16 05 iyul 2016

Son xəbərlər