Azərbaycan vətəndaşı İstanbulda intihar edib

Azərbaycan vətəndaşı İstanbulda intihar edib
Hadisə 1394
Azərbaycan vətəndaşı Türkiyədə intihar edib.BAKU.WS-in məlumatına görə, İstanbulda tikintidə işləyən Zaqatala rayon sakini Əlizadə Rüstəm Əfrasiyab oğlunun meyiti iş yerində asılmış vəziyyətdə aşkar edilib.Yaxınlarının dediyinə görə, intihar hadisəsi bu ilin mart ayında baş verib, lakin onun ölümü ilə bağlı məlumat ailəsinə bir neçə gün əvvəl çatdırılıb.Yaxınları bildirir ki, R. Əlizadə ötən ilin dekabrında ailəsinə bildirmədən rayonu tərk edib. Yaxınları onun Rusiyaya işləməyə getdiyini düşünüblər. Lakin R. Əlizadənin ailəsi mayın 17-də Azərbaycanın Türkiyədəki səfirliyindən onun intihar etməsi barədə məktub alıb. Mərhumun atası hadisə ilə bağlı məlumat alan kimi dərhal Türkiyəyə gedib.Araşdırmalar zamanı məlum olub ki, R. Əlizadə martın 7-də intihar edib. Onun asılmış meyiti işlədiyi tikintidə aşkar edilib. 14 gün müddətində R. Əlizadə ilə maraqlanan olmadığı üçün o, kimsəsizlər qəbiristanlığında dəfn edilib.Artıq bir neçə gündür ki, mərhumun atası onun nəşinin Azərbaycana gətirilməsi üçün Türkiyə tərəfi ilə danışıqlar aparır. Lakin hələlik nəticə əldə olunmayıb.Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan APA-nın Türkiyə bürosuna hadisə barədə məlumatlarının olduğunu bildiriblər. Qeyd olunub ki, konsulluğun əməkdaşları mərhumun atası ilə görüşərək, ona meyitin Azərbaycana aparılması üçün hansı addımların atılması barədə istiqamət veriblər: “Konsulluq da öz növbəsində bu məsələdə üzərinə düşən bütün vəzifələri yerinə yetirib, bundan sonra da yetirəcək”.BAKU.WS

Oxşar xəbərlər

Sumqayıtda meyiti tapılan gənc intihar edib

Sumqayıtda meyiti tapılan gənc intihar edib

Sumqayıt şəhərində meyiti tapılan 21 yaşlı gəncin intihar etdiyi məlum olub.BAKU.WS "Report"a istinadən xəbər verir ki, bir neçə gün bundan öncə Sumqayıt şəhər...

2257 Hadisə 21:28 10 aprel 2018

Son xəbərlər