Azov dənizində gəmiyə PUA hücumu zamanı yaralanan Azərbaycan vətəndaşları vəziyyətlərindən danışdılar
"Hazırda vəziyyətim yaxşıdır. Ailəmə demək istəyirəm ki, hər şey qaydasındadır".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Azov dənizində dronun vurduğu gəminin Azərbaycan vətəndaşı olan bosmanı Rəşad Mədətxanov bildirib.
Xəsarət alan digər həmyerlimiz Samid İbadlı onlara göstərilən xidmətin yüksək səviyyədə olduğunu deyib:
"Bizə yaxşı xidmət edirlər. Burada yaşayan azərbaycanlılar da bizə baş çəkirlər".
Emin Valehov isə yaralı olsa da, özünü yaxşı hiss etdiyini bildirib:
"Həmvətənlərimiz bizi tək qoymur, maraqlanır, baş çəkirlər. Göstərilən xidmət də yaxşıdır".
Digər yaralı Namiq Cəfərli də onlara olan diqqətə görə Azərbaycan dövlətinə, səfirliyə, diaspora təşəkkürlərini çatdırıb.
*** 15:06
Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından ikisinin vəziyyəti orta ağır, ikisininki isə normaldır.
BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Yeyskdəki Azərbaycan cəmiyyətinin sədri Fərhad Məmmədov bildirib. O, Yeysk Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə müalicə olunan həmyerlilərimizə baş çəkdiyini, onların müəyyən ehtiyaclarının qarşılandığını söyləyib. Vurğulayıb ki, Azərbaycan vətəndaşları Rəşad Mədətxanov, Samid İbadlı, Emin Valehov və Namiq Cəfərli həkimlərin nəzarəti altındadır.
Yaralı Azərbaycan vətəndaşları da vəziyyətlərinin normal olduğunu, xəstəxanada müalicələrinin davam etdiyini bildiriblər. Onlar Yeyskdəki Azərbaycan diasporu və Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşlarının onları ziyarət etdiklərini, ehtiyacları ilə maraqlandıqlarını qeyd ediblər.
Azərbaycan vətəndaşlarının gələn həftənin ilk günü xəstəxanadan buraxılacağı bildirilib. Qeyd olunub ki, onların üstündə sənədlər olmadığına görə (PUA hücumu zamanı sənədlər gəmidə itib - red.) xəstəxanadan buraxılma prosesi bir müddət uzanacaq.
Qeyd olunub ki, Azərbaycan səfirliyi onların sənədlərinin təmin olunması üzərində işləyir.
Qalereya
Oxşar xəbərlər
Tanışlarını görüşə çağırıb döyən və marketdən oğurluq edənlər tutuldular - ANBAAN GÖRÜNTÜLƏR
Bakının Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar. BAKU.WS xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlar...