“Azərsu”nun avtomobili qəzaya düşdü - Xəsarət alanlar var - FOTO

“Azərsu”nun avtomobili qəzaya düşdü - Xəsarət alanlar var - FOTO
Foto
Hadisə 235

Göygöl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə Gəncə-Göygöl yolunun 9-cu km-də baş verib. "VAZ 2104" markalı avtomobillə “Azərsu” ASC-yə məxsus "Niva" markalı avtomaşın toqquşub. Nəticədə "VAZ 21 04" markalı avtomobildə olan Qəbələ rayon sakinləri 1999-cu il təvəllüdlü Zeynalov Semran Əlimirzə oğlu və Tağızadə Toğrul müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılardan Semran Zeynalovun vəziyyəti daha ağırdır. O, Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər