"Azərsilah"ın əməkdaşı istehsalat qəzasında xəsarət alıb
23
sen
2025
09:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Dünən səhər saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat prosesi zamanı baş vermiş qəza nəticəsində bir əməkdaş yüngül xəsarət alıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilib.
Hadisə yerində təhlükəsizlik qaydalarına uyğun ilkin tibbi yardım göstərilərək əməkdaş dərhal xəstəxanaya çatdırılıb və peşəkar tibbi xidmət alıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...