"Azəriqaz"dan quyuya düşən maşınla bağlı AÇIQLAMA
08
avq
2019
16:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonu, Hüseyn Cavid prospekti 231-235 ünvanında baş verən yol qəzası ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi açıqlama yayıb.Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov BAKU.WS-ə açıqlamasında bildirib ki, avqustun 7-də günorta saatlarında Yasamal rayonu H.Cavid 231 ünvanında yeraltı qaz xəttində qaz sızması barədə məlumat daxil olub.Əvvəlcə sızma ərazisi, daha sonra dəqiq sızma nöqtəsi müəyyənləşdirilib. Müvafiq təşkilatlardan qazıntı icazəsi alındıqdan sonra işlərə başlanılıb. Təqribən 10 m uzunluğunda qaz xətti yenisi ilə əvəz olunub.Təqdim etdiyimiz fotolarda da əvvəlki korroziyaya uğramış və əvəzləmədən sonra yeni qaz xəttləri də əksini tapır.Bu gün qazılmış hissənin örtülməsi icra olunur. Məlumat üçün bildirmək istərdik ki, işlərə başlamamışdan öncə ərazi təhlükəsizlik lenti ilə əhatələnib və xüsusi xəbərdaredici nişanlar qoyulub.Lakin buna baxmayaraq minik avtomobillərindən biri qazıntı aparılmış yerə düşüb.“Azəriqaz” İB olaraq bir daha qeyd edirik ki, ərazidə bütün təhlükəsizlik tədbirləri əvvəlcədən icra olunub və hər hansı bir avtomobilin qazıntı sahəsində qəza törətməsi yalnız avtomobil sahibinin yol verdiyi diqqətsizlikdən irəli gələ bilər.
Oxşar xəbərlər
Bakıda avtomobil "Azəriqaz"ın qazdığı quyuya düşüb - FOTO
Bakıda avtomobil qaz borusu təmir edilən quyuya düşüb. Hadisə Yasamal rayonunda baş verib. Hüseyn Cavid prospekti 231-235 ünvanında “Daewoo” markalı avtomobili...