"Azəriqaz"ın əməkdaşı araq içib qonşusunun həyətinə od vurdu
Bərdədə sərxoş kişi qonşusunun həyətinə od vuraraq, ot tayalarını yandırıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qəhrəmanlı kəndində baş verib.
Əhməd Hüseynov (adı və soyadı şərtidir) izahatında bildirib ki, Bərdə rayonunun Qəhrəmanlı kəndində qayınatasına məxsus evdə yaşayıb. "Azəriqaz" İB-nin Bərdə filialında çilingər vəzifəsində işləyib.
"Həmin axşam çox miqdarda spirtli içki qəbul edərək sərxoş vəziyyətdə olduğuna görə hadisəni necə törətməsini xatırlamıram. Hadisənin baş verdiyi gün saat 20-21 radələrində yaşadığım evə yaxın adam qonaq gəlib. Birlikdə yemək yeyib, 3 nəfərə 700 qram tut arağı içdik", - deyə Əhməd Hüseynov bildirib.
O qeyd edib ki, qonaq gəlməmişdən əvvəl də yeddi bakal pivə içib. Sonra isə evdən çıxıb qonağı yola salmaq üçün kəndin ortasına gedib. Taksi marketin yanına gəlib, qonağı oradan yola salıb. Daha sonra yaxınlıqdakı marketdən bir ədəd pivə alıb içib.
Ə.Hüseynov qeyd edib ki, daha sonra qonşusunun evinin yanına gedib dəmir tor hasardan keçib və ot tayasını yandırıb. Zərərçəkmiş şəxslə heç bir düşmənçiliyi, ədavəti olmayıb, içkili olduğundan özündə olmayıb. İki ot tayası yandırıb, daha sonra marketin qabağına gəlib. Yanğın yerinə kənd adamları toplaşıblar, o da həmin yerə gedib. Ancaq tayanı yandırdığını heç kimə deməyib. Digər taya qonşusunun evindən təxminən 40 metr aralıda olub və ora gedərək həmin tayanı da yandırıb.
Bərdə Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın baş verib
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi rayonunda beşmər...