“Azercell"dən açıqlama

“Azercelldən açıqlama
Hadisə 339

Bu gün saat 17:50-18:20 radələrində ölkə ərazisində müşahidə edilən güclü küləyin təsiri nəticəsində Gəncə, Qazax, Bərdə, Ağcabədi, Kürdəmir, Ağsu, Füzuli və Beyləqan bölgələrində elektrik enerjisinin təminatında bəzi kəsintilər yaranıb.

Şirkətdən BAKU.WS-ə verilən məlumata görə, bununla əlaqədar “Azercell Telekom” MMC-yə aid stansiyaların enerji təminatında və müvafiq olaraq rabitə xidmətlərində yaranmış müvəqqəti çətinliklərin aradan qaldırılması üçün şirkət operativ tədbirlər həyata keçirib.

"Generatorlar vasitəsilə şirkətin əsas ofisləri, Telefon Mərkəzi və Məlumat Mərkəzinin, eləcə də bir sıra saytların kəsintisiz fəaliyyəti təmin edilib, digər saytların bərpası üçün isə yeni daşınan generatorlar yerlərə göndərilib. Eyni zamanda nəzərinizə çatdırırıq ki, hal-hazırda dəyişkən hava şəraitinə baxmayaraq, "Azercell" abunəçilərinin bütün ölkə boyu keyfiyyətli mobil rabitə xidmətləri ilə təmin edilməsinə dair zəruri tədbirlərin görülməsi davam etdirilir", - deyə şirkətin məlumatında qeyd olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər