Azərbaycanlı sürücü İstanbulda lüks avtomobildə ağır qəza törətdi - VİDEO/FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, qəza gecə saat 00 radələrində Balmumcu Məhəlləsi, Barbaros Bulvarında baş verib.
Məlumata görə, Zincirlikuyu istiqamətində Beşiktaşa doğru hərəkət edən azərbaycanlı Rəfael Əliyevin idarə etdiyi 99 MB 888 nömrəli Azərbaycan dövlət nömrə nişanlı lüks avtomobil Oktay Arayın istifadə etdiyi 34 TAB 06 nömrəli taksiyə çırpılıb. Nəticədə lüks avtomobilin vurduğu taksi elektrik dirəyinə çırpılıb.
Toqquşmanın təsirindən taksinin sürücüsü avtomobilin pəncərəsindən çölə çıxaraq idarə etdiyi avtomobilin altına düşüb. Taksi sonradan dayanmış mikroavtobusa çırpılıb.
Ağır xəsarət alan taksi sürücüsü təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Qalereya
Oxşar xəbərlər
Ağsunun işıqsız qalan kəndlərinə elektrik enerjisi verildi - YENİLƏNİB
Ağsuda yol qəzası nəticəsində işıqsız qalan Daşdəmirbəyli, Gəgəli, Bico, Qəşəd, Çaparlı, Ləngəbiz və Rəhmağalı kəndlərinin elektrik enerjisi ilə təchizatı bərpa...