Azərbaycanlı Rusiyada dəhşətli qətl törətdi: Arvadının üzərinə benzin töküb yandırdı

Azərbaycanlı Rusiyada dəhşətli qətl törətdi: Arvadının üzərinə benzin töküb yandırdı
Hadisə 105

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Rusiyada baş verən qəddar qətl hadisəsi ilə bağlı hökm çıxarıb. Məhkəmədə 51 yaşlı Ayyət Alıyev (1974-cü il təvəllüdlü, Ağcabədi rayonundan) Azərbaycan Cinayət Məcəlləsinin 12.1 və 120.2.4-cü maddələri (xaricdə xüsusi qəddarlıqla qəsdən qətl) ilə təqsirli bilinib və 18 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

BAKU.WS-in məlumtına görə, hadisə 23 sentyabr 2023-cü ildə Rusiya Federasiyasının Moskva vilayəti, Serpuxov şəhərində baş verib.

Məhkəmə materiallarından məlum olduğu kimi, Ayyət Alıyev qeyri-rəsmi nikahda olduğu Şaxnoza Dadacanova (Tacikistan əsilli, Ukraynada yaşamış) ilə münasibətlərinin pozulması, qısqanclıq və nifrət zəminində qətl planlaşdırıb.

O, plastik butulkada benzin və alışqan götürərək Şaxnozanı binanın girişində yaxalayıb, benzin töküb və alışqanla yandırıb. Şaxnoza bədəninin 55% yanıqları (II-III dərəcəli termik yanıqlar, termoinhalyasiya travması) ilə ağır xəsarət alıb və 29 sentyabr 2023-cü ildə Podolsk şəhər xəstəxanasında vəfat edib.

Məhkəmə iclasında Ayyət Alıyev günahını qismən etiraf edib. O, ifadəsində benzinə əlindəki yağ və germetiki təmizləmək üçün ehtiyac olduğunu, öldürmək niyyəti olmadığını bildirib. Lakin məhkəmə onun ifadəsini etibarsız hesab edib, çünki şahidlər və video qeydlər (müşahidə kameralarından) qətl niyyətini təsdiqləyir. Şaxnozanın anası (hüquqi varis) məhkəmədə Ayyəti bağışlamadığını və maksimal cəza tələb etdiyini bildirib.

Şahidlərin ifadələrinə görə, Şaxnoza yandırıldıqdan sonra qışqırıqla qaçıb, ətrafda olanlar (məsələn, şahid Andrey) onu su ilə söndürməyə çalışıb. Şaxnoza Ayyətin onu dəfələrlə döydüyünü və hədələdiyini dostlarına danışmışdı. Cütlük 2015-ci ildə Ukraynada tanış olub, 2017-ci ildə rəsmi nikah bağlayıb, iki övladları var. Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyaya köçüblər, lakin Ayyət deportasiya olunub və sonra qayıdıb.

Son xəbərlər