Azərbaycanlı qızları Türkiyədə satan qadına HÖKM OXUNDU
Yeniliklərdən dərhal xəbərdar olun
İnsan alverində təqsirləndirilən daha bir qadına hökm oxunub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Elnarə Məmmədovanın Azərbaycan vətəndaşı olan qadınları Türkiyənin Nazilli şəhərinə apararaq cinsi istismara məruz qoyması faktı aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
E.Məmmədova Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Lakin himayəsində azyaşlı övladı olduğuna görə onun barəsində Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə cəzanın çəkilməsi uşaq yetkinlik yaşına çatanədək təxirə salınıb.
Oxşar xəbərlər
Azərbaycanda gənc nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı - MƏHKƏMƏ
Azərbaycanda nişanlısına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Bakı sakini Elşad Rəhimovun cinayət işinə...