Azərbaycanlı qadın Türkiyədə keçmiş sevgilisi tərəfindən öldürüldü
Yeniliklərdən dərhal xəbərdar olun
Keçmiş sevgilisi tərəfindən silahla vurulan Şəlalə vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Sakaryanın Adapazarı rayonunda keçmiş sevgilisi Alaattin A. (45) tərəfindən silahla vurulan Azərbaycan əsilli Şəlalə Mirzalı (32) həyatını itirib.
Hadisədən sonra qaçan şübhəli saxlanılıb və nəzarətə götürülüb. Polis bölməsində dindirildikdən sonra məhkəməyə göndərilib və həbs edilib.
Hadisə saat 09:00 baş verib. Bir marketdə çalışdığı öyrənilən Azərbaycan əsilli Şəlalə Mirzalı 6 yaşlı övladını qohumunun yanına qoyub iş yerinə gedərkən odlu silahla vurulub. Şübhəli hadisə yerindən qaçarkən ətrafdakıların məlumatı ilə polis və təcili yardım qrupları əraziyə cəlb edilib. İlk tibbi yardımdan sonra Şəlalə Mirzalı Sakarya Təhsil və Araşdırma Xəstəxanasına (SEAH) aparılıb. Lakin həkimlərin bütün cəhdlərinə baxmayaraq, Mirzalı həyatını xilas etmək mümkün olmayıb.
Polis Şəlalə Mirzalını vuran şəxsin keçmiş sevgilisi Alaattin A. olduğunu müəyyən edib. Alaattin A. cinayətdə istifadə etdiyi odlu silahla birlikdə polis tərəfindən saxlanılıb və nəzarətə götürülüb.
Qalereya
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...