Azərbaycanlı qadın 7 yaşlı oğlunu qətlə yetirdi
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Bolnisi rayonunda azərbaycanlı qadın övladını qətlə yetirib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu F.Əhmədova qayçı ilə zərbələr endirərək onu qətlə yetirib, daha sonra isə öz həyatına qəsd edib. Qadın bıçaqla özünə xəsarətlər yetirsə də, həkimlər həyatını xilas edə biliblər.
Cinayəti törətməkdə şübhəli bilinən qadın artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
Nardaranda BƏDBƏXT HADİSƏ: Hovuzda ayağı su nasosunda qalan uşaq öldü
Nardaranda hovuzda ayağı su nasosunda sıxılan uşaq ölüb. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Nardar...