Azərbaycanlı oğlan ofisiant sevgilisini restoranda öldürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Belarusun Minsk şəhərində Azərbaycan vətəndaşı 12 il 2 ay müddətində həbs edilib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Minsk şəhər məhkəməsi məlumat yayıb.
Bildirilib ki, hadisə “Moulen Rouge" restoranında baş verib.
Belə ki, bu il yanvarın 8-də “Moulin Rouge” restoranında sərxoş vəziyyətdə olan azərbaycanlı şəxs, qısqanclıq zəminində orada ofisiant işləyən sevgilisini qətlə yetirib.
Daha sonra məlum olub ki, əvvəllər həmin şəxs, Belarusdan deportasiya edilib və ölkəyə girişi qadağan olunub. Buna baxmayaraq o, 2018-ci ildə qayıdıb və qətlə qədər orada yaşayıb.
Həmin şəxs məhkəmədə qadağaya baxmayaraq, Belarusa qayıtdığını etiraf edib, lakin qətldə özünü təqsirli bilməyib. O, hər iki maddə ilə təqsirli bilinərək, 12 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Oxşar xəbərlər
Əvvəl arvadını, həbsdən sonra onun məşuqunu öldürdü: "Qızımı görmək istədim..." - FOTO
Şabran rayonunda ana və oğlunu qətlə yetirməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Nahid İslamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS “teleq...