Azərbaycanlı müğənniyə qarşı dələduzluq edildi, polisə şikayət etdi
Müğənni Asif Məhərrəmov maddi zərərə məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Unikal"a müğənninin özü bildirib.
Asif Məhərrəmov məsələ ilə bağlı Binəqədi Rayon Baş Polis İdarəsinə rəsmi, yazılı müraciət etdiyini bildirib.
Azərbaycan dövlətinə və qanunlarına güvəndiyini vurğulayan Asif Məhərrəmov, məsələnin hüquqi müstəvidə, qanun çərçivəsində həll olunacağına inandığını diqqətə çatdırıb. O, həmçinin Daxili İşlər Nazirliyinə və polis orqanlarına müraciət edərək işinin diqqətdə saxlanılmasını xahiş edib.
Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığı bildirilir.
Müğənni əlavə edib ki, məsələ ilə bağlı gələn həftə Baş Prokurorluğa şikayət edəcək.
Oxşar xəbərlər
Xalq artistinin döyülən oğlu xəstəxanadan evə buraxıldı
Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyevin küçədə döyülən oğlu Artur Balıyev xəstəxanadan ev buraxılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barəd...