Azərbaycanlı müğənninin anası Xətaidə partlayış baş verən binada olub - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İki gün əvvəl paytaxtın Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub.
BAKU.WS xəbər verir ki, bədbəxt hadisə zamanı müğənni Tuncay Bərdəlinin anası Nahidə xanım da orada olub.
Bununla bağlı BAKU.WS-ə açıqlama verən sənətçi məlumatı təsdiq edib və anasının səhhətinin yaxşı olduğunu bildirib:
"Mən orada yaşamıram. Uzun müddətdir ki, anam o binada yaşayır. Çox şükür ki, partlayış zamanı heç bir xəsarət alımayıb. Allah hamının köməyi olsun, həmçinin də anamın".
Xatırladaq ki, binadakı partlayış 17 mərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabellərində baş verib. Yanğın zamanı qatı tüstülənmiş binadan xüsusi təyinatlı texnikaların da tətbiqi ilə 7-si uşaq olmaqla 37 nəfər bina sakini təxliyə olunub.
TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində 23 (10-u kişi (2 uşaq), 13-i qadın (2 uşaq) olmaqla) nəfərdən 19-na yerində yardım edilib. 4 nəfər isə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə yerləşdirilib. Onların müalicəsi davam edir.
Oxşar xəbərlər
Xətaidəki yanğınla bağlı TƏBİB-dən AÇIQLAMA: 4 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB - FOTO/VİDEO
Xətai rayonunda baş verən yanğınla əlaqədar hadisə yerinə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəl...