Azərbaycanlı məmur rüşvətə görə saxlanıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Qardabani rayonunun Candar kənd ərazi vahidliyi üzrə bələdiyyə nümayəndəsi saxlanılıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
İstintaqla müəyyən olunub ki, saxlanılan Ə.M. adlı azərbaycanlı məmur dövlətin balansında olan torpaq sahəsinin bir il müddətinə istifadəsi üçün Türkiyə vətəndaşından 30 min lari rüşvət alıb.
Məmur rüşvət alan zamanı saxlanılıb.
Faktla bağlı böyük məbləğdə rüşvət alma maddəsi üzrə istinaq aparılır. Məmuru 7 ildən 11 ilədək həbs cəzası gözləyir.
Oxşar xəbərlər
Azərbaycanlıdan rüşvət alan məmur saxlanılıb
Azərbaycan vətəndaşından rüşvət alan gürcü məmur saxlanıldı.Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Kvemo Kartli bölgəsi üzrə regi...