Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı jurnalist və şərqşünas Ruslan Süleymanovun adı Rusiyada "xarici agentlər"in reyestrinə əlavə edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin saytında məlumat verilib.
Onunla yanaşı, rusiyalı jurnalistlər İrina Novik və Nino Rosebaşvili, həmçinin Dmitri Çernışevski də "xarici agent" elan olunublar.
Nazirlik qeyd edib ki, onlar Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən xarici və beynəlxalq təşkilatlar tərəfindən materialların yaradılmasında və yayılmasında iştirak ediblər.
Xatırladaq ki, 30 yaşlı Ruslan Süleymanovun atası azərbaycanlı, anası ukraynalıdır. O, Ukrayna münaqişəsi başladıqdan sonra TASS-dan ayrılıb və hazırda Bakıda yaşayır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....