Azərbaycanlı həkim Türkiyədə küçənin ortasında yaralını xilas etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Türkiyənin Elazığ şəhərində, Qazi prospektində qanlı insident yaşanıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki şəxs arasında başlayan mübahisə bıçaqlı davanın çıxması ilə nəticələnib. Tərəflərdən biri digərinə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.
Hadisənin ən kritik məqamı isə yoldan keçən bir həkimin yaralıya dərhal müdaxilə etməsi olub. Tibbi avadanlığı olmamasına baxmayaraq, qanaxmanı dayandıran həkim təcili yardım gələnə qədər yaralını nəzarətdə saxlayaraq onun həyatını xilas edib. Yaralı xəstəxanaya yerləşdirilib.
BAKU.WS-in məlumatına görə, yaralıya küçədə ilkin müdaxilə edən və həyatını xilas edən şəxs azərbaycanlı xanım həkim Sabrina İsrafilzadə olub. O, Bursa Uludağ Universitetində tibb təhsili alıb və hazırda Türkiyədə həkim kimi fəaliyyət göstərir.
Qalereya
Oxşar xəbərlər
İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 10-a çatıb. BAKU.WS "Report"a istinadən xəbər veri...