Azərbaycanlı deputat futbol matçında ağır zədələndi
Türkiyənin Antalya şəhərində Türk Dünyası Parlamentlərarası beynəlxalq futbol turnirinin final matçı keçirilib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, turnirin final qarşılaşmasında Azərbaycan və Türkiyə nümayəndələri üz-üzə gəliblər.
Qarşılaşma Türkiyə milli komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Türkiyə millisinin heyətində oyunun 14-cü dəqiqəsində Fatih Şahin, 26-cı dəqiqəsində isə Oktay Çanak, 60+2 dəqiqədə isə Türkiyənin gənclər və idman naziri Osman Bak fərqləniblər.
Yığmamızın yeganə qolunu isə 49-cu dəqiqədə Fərid Məmmədquluzadə vurub.
Beləliklə Azərbaycan turniri ikinci yerdə tamamlayıb.
Qırğızıstan isə üçüncü olub.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Qırğızıstana 1:2 hesabı ilə məğlub olub. Şimali Kiprə isə 3:0 hesabı ilə qalib gəlmişdi.
Matçın ən vacib anlarından biri də azərbaycanlı deputatın zədələnməsi olub. Belə ki, oyunun 20-ci dəqiqəsində milli heyətin üzvü Kamran Bayramov ciddi travma alıb. O, həkimlərin müdaxiləsindən sonra meydanı tərk etməli olub.
Oxşar xəbərlər
Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində hərəkət niyə iflic olur?
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışında paytaxtın Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində hərəkətin təşkilində y...