Azərbaycanlı avtoritet "Bek Şəmkirli" Rusiyada həbsxanada vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Kriminal avtoritet, "Bek Şəmkirli" ləqəbli Babək Həsənov Rusiyada vəfat edib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Babək Həsənov uzun illərdir saxlanıldığı Moskva şəhərindəki cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. Məlumata görə, onun azadlığa çıxmasına üç aydan az vaxt qalıbmış.
Ölüm səbəbi ilə bağlı bir-birindən fərqli versiyalar irəli sürülür. Yaxınlarının iddiasına əsasən, Babək Həsənov zəhərlənərək öldürülüb. "Bek Şəmkirli"nin meyiti artıq Azərbaycana gətirilib və doğulduğu Şəmkir rayonunda dəfn olunub.
Qeyd edək ki, Babək Həsənov kriminal aləmdə böyük nüfuza malik şəxslərdən biri sayılıb. Onun qardaşları - Həsən və Cəbi Həsənovlar da eyni çevrəyə yaxın fiqurlardır. Qardaşlardan Cəbi hazırda Rusiyada həbsxanada cəza çəkir.
Həsənov qardaşlarının adı bir neçə kriminal hadisədə hallanıb. Sonuncu dəfə şəmkirli iş adamı Toğrul Tağıyevin Moskvada güllələnərək qətlə yetirilməsi hadisəsində onların adları çəkilirdi.
Məlumata görə, Həsənov qardaşları ilə mərhum Toğrul Tağıyev arasında uzun müddət davam edən şəxsi ədavət mövcud olub.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...