Azərbaycanın Ukraynadakı keçmiş səfiri axtarışa verildi

Azərbaycanın Ukraynadakı keçmiş səfiri axtarışa verildi
Hadisə 349

Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev axtarışa verilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 79 yaşlı diplomat Cinayət Məcəlləsinin 179-cu maddəsi (mənimsəmə və ya israf etmə) üzrə təqsirləndirilir.

Qeyd edək ki, Tələt Müseyib oğlu Əliyev 1942-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışıb. T.Əliyev eyni zamanda 2002-2006-cı illərdə Azərbaycanın Belarus və Moldovada da səfiri işləyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər