Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə və Qətərin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Taniyə başsağlığı verib.
Azərbaycanın Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, başsağlığıda deyilir: "Qətər-Türkiyə Birləşik Müştərək Qüvvələr Komandanlığı çərçivəsində təlim uçuşu həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopterin texniki nasazlıq səbəbindən dənizə düşməsi, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun, ASELSAN şirkətinin iki texniki əməkdaşının və Qətər Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusunun həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Həlak olanlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".
Oxşar xəbərlər
Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ
Son günlər şimal bölgəsində hava şəraiti sabit keçir. Əvvəlki günlərlə müqayisədə temperatur təxminən 10-12 dərəcə yüksəlib. Temperaturun bu cür artması dağlard...