Azərbaycanın fəxri həkimi vəfat edib - FOTO
Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrasının dostenti Svetlana Əliyeva vəfat edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, ötən gün 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Svetlana Əliyeva 1956-1962-ci illərdə N.Nərimanov adına ATİ-nin müalicə-profilaktika fakültəsində təhsil alıb.
1962-1966-cı illərdə S.M.Kirov adına ADU-nun “İnsan və heyvanların fiziologiyası” kafedrasında aspirant kimi əmək fəaliyyətinə başlayıb.
1966-1970-ci illərdə ATU-nun dermatovenerologiya kafedrasında baş laborant kimi işləyib.
1995-ci ildən ömrünün sonuna kimi həmin kafedrada dosent kimi çalışıb. 2000-ci ildə “fəxri həkim” adına layiq görülüb.
S.Əliyeva 2009-cu ildə 70 illik yubileyi ilə əlaqədar ATU-nun rektoru tərəfindən “Fəxri fərman”la təltif olunub. 40-a yaxın elmi işin müəllifidir.
Oxşar xəbərlər
Professor Oqtay Nüsrətov vəfat edib
Tanınmış alim, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru, professor Oqtay Qüdrət oğlu Nüsrətov vəfat edib. BAKU.WS...