Azərbaycanın dövlət qurumlarını təqlid edən saxta domenlər aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il Azərbaycanın dövlət qurumları domenlərinə bənzədilmiş saxta domenlər aşkar olunub.
Bu barədə BAKU.WS-ə dövlət qurumlarının informasiya təhlükəsizliyini təmin edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.
"Xidmətin mütəxəssisləri tərəfindən aparılan kiber kəşfiyyat fəaliyyəti nəticəsində dövlət qurumları domenlərinə bənzədilmiş 48 saxta domen yaradılması halları müəyyən edilib, hələ hazırlıq mərhələsində onların bloklanması həyata keçirilməklə kiberhücumların qarşısı alınıb", - məlumatda deyilir.
Qeyd olunub ki, Xidmət tərəfindən qurulan Mərkəzləşdirilmiş elektron poçt xidmətindən istənilən forma və təyinatlı kiberhücumlar daima izlənilir və qarşısının alınması üçün vaxtında lazımi tədbirlər görülür.
Oxşar xəbərlər
Azərbaycanın bir sıra dövlət qurumu və banklara kiberhücumlar olub
Bu gün Azərbaycanın bir sıra dövlət qurumu və banklara qarşı geişmiqyaslı kiberhücumlar olub. BAKU.WS xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olara...