Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyənlər saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabr ayının 5-i saat 18:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılıb.
Bu barədə BAKU.WS-ə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayon sakini, 2004-cü il təvəllüdlü Məmmədova Bəsdi Fərux qızı, Ağstafa rayonu Poylu qəsəbə sakinləri - 2006-cı il təvəllüdlü Bədirova Gülparə Saqif qızı və Bukavazin Məryəm Rəfail qızı olduqları müəyyən edilib.
DSX-nin əməkdaşları tərəfindən saxlanılan şəxslərin valideynləri sərhəd diviziyasına dəvət olunaraq övladlarının yol verdiyi cinayət tərkibli hərəkətlər barədə məlumatlandırılıblar.
Əhali arasında xüsusən yeniyetmə və gənclərin cinayət tərkibli hərəkətlərə yol verilməsinin, həmçinin gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə zəruri maarifləndirmə və təbliğat işləri aparılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, son günl...