Azərbaycanda zorlanaraq hamilə qalan qızla bağlı istintaq yekunlaşıb - RƏSMİ

Azərbaycanda zorlanaraq hamilə qalan qızla bağlı istintaq yekunlaşıb - RƏSMİ
Hadisə 196

İmişli rayonunda hamilə qalan yetkinlik yaşına çatmayan uşaqla bağlı açılan cinayət işindən yeni xəbər var.

BAKU.WS-in məlumatına görə, Baş Prokurorluğun Mətbuat Xidmətindən “oxu.az”ın sorğusuna cavab olaraq bildirilib ki, 27.10.2021-ci il tarixində İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N.-nin cinsi zorakılığa məruz qalması faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən M.N.-ə Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələri ilə yekun ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, ötən il İmişlidə 11 yaşlı qız zorlandıqdan sonra hamilə qalıb. O, qeysəriyyə əməliyyatı edilib və uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər