Azərbaycanda zəncirvari qəza - Ölən və xəsarət alanlar var - FOTO

Azərbaycanda zəncirvari qəza - Ölən və xəsarət alanlar var - FOTO
Foto
Hadisə 104

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

"Mercedes" markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin hadisə yerində öldüyü, 6 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər