Azərbaycanda zavodun ərazisində gözətçinin meyiti tapılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda zavodun gözətçisinin meyiti tapılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Lənkəran rayonu Kosalar kənd sakini, 1993-cü il təvəllüdlü Etimad Fəraqət oğlu Möhsümzadə işlədiyi asfalt zavodunun ərazisində ölüb.
Onun meyiti səhər iş yerinə gələnlər tərəfindən tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.
İlkin müayinə və meyitə baxış zamanı hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Müayinələrdən sonra ölümün əsl səbəbi məlum olacaq.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Ölmüş körpənin doğum evindən qaçırılması cəhdi ilə bağlı AÇIQLAMALAR - VİDEO
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu 26 günlük uşağın meyitinin ailənin razılığı olmadan xəstəxanadan çıxarılıb qaçırılması anının görüntüləri ilə ba...