Azərbaycanda yeznə qaynını güllələdi
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazda güllələnmə hadisəsi baş verib.
BAKU.WS "Report"-a istinadən xəbər verir ki, hadisə Ağtala kəndində qeydə alınıb.
İlkin məlumata görə, evə sərxoş vəziyyətdə gələn kənd sakini Fazil Quliyev həyat yoldaşı ilə mübahisə edib.
Onların səs-küyünü eşidən F.Quliyevin qaynı, 1994-cü il təvəllüdlü Murad Rəsul oğlu Allahverdiyev ərlə arvadı sakitləşdirmək istəyib.
Bundan daha da əsəbləşən F.Quliyev ov tüfəngindən atəş açaraq M.Allahverdiyevə xəsarət yetirib.
M.Allahverdiyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona sol baldırın deşilmiş, cırılmış yarası diaqnozu qoyulub.
Fazil Quliyev Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda dəhşətli cinayət — Əmisi arvadı ilə 10 il sevgili oldu, qısqanıb qətlə yetirdi
Sevdiyi əmisi arvadını qətlə yetirən Pirallahı rayon sakini Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.BAKU.WS “ölkə.az”a istinadən xəbər verir ki,Cinayət Məcəll...