Azərbaycanda piyada keçidinin uçması ilə bağlı FHN-dən AÇIQLAMA

Cəlilabadda piyada keçidinin uçması nəticəsində bağlı qalan yol açılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat daxil olub.
"Fövqəladə Hallar Nazirliyi Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən yerüstü piyada keçidinin yola aşmış hissələri kəsilib kənarlaşdırılaraq yolda sərbəst hərəkət bərpa olunub",-deyə məlumatda qeyd olunub.
***21:15
Cəlilabadda qəza nəticəsində piyada keçidi uçub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Cəlilabad şəhərinin Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edən iri tonnajlı nəqliyyat vasitəsi yerüstü piyada keçidinin altına dəyib.
Nəticədə keçid aşaraq hissələrə bölünüb. Hazırda yolda nəqliyyatın hərəkəti dayanıb. Qeyd edək ki, yerüstü keçid yaxınlıqda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Qalereya
Oxşar xəbərlər
12 il sonra vəzifəsindən azad olundu
Sahil Tahirli "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. BAKU.WS xəbər verir ki,...
