Azərbaycanda yanan ticarət mərkəzindən FOTOlar yayıldı: Bir nəfər ölüb

Azərbaycanda yanan ticarət mərkəzindən FOTOlar yayıldı: Bir nəfər ölüb
Foto
Hadisə 634

Tovuz rayonunda yerləşən ticarət mərkəzinin ərazisində baş verən yanğın Bayramlı kənd sakini Ələkbər Ələkbərov dünyasını dəyişib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, sözügedən şəxs uzun illərdir tufeyli həyat sürürmüş və içki aludəçisi olub.

Faktla bağlı araşdırma başlanılıb.

***08:58

Tovuz şəhərində, ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsi 12 m² olan bir otağında məişət tullantıları 3 m² sahədə yanıb.

Bu barədə BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğın yerinin kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Ələsgərov Ələkbər Əziz oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər