Azərbaycanda vəzifəli şəxsin oğlu faciəli şəkildə vəfat etdi

Azərbaycanda vəzifəli şəxsin oğlu faciəli şəkildə vəfat etdi
Hadisə 4154

Professor Rəfail Əhmədlinin oğlu zəhərlənmədən dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, bu barədə "report"a təhsil eksperti Etibar Əliyev məlumat verib.

Onun sözlərinə görə, 28 yaşlı Rüfət Əhmədli təxminən iki həftə əvvəl zəhərlənib:

"Ailə üzvləri əlamətlərindən onun botulizm (ev şəraitində hazırlanan konservləşdirilmiş qidalardan yaranan zəhərlənmə) xəstəliyindən əziyyət çəkdiyini bilməsələr də, Rüfəti xəstəxanaya yerləşdiriblər.

Buna baxmayaraq Rüfət Əhmədli vəfat edib" - deyə, E.Əliyev bildirib.

Rafail Əhmədli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) şöbə müdiri olub.

O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fәlsәfә vә Hüquq İnstitutunda çalışır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi - FOTO

Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi - FOTO

“Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Əli Qaraxanov dünyasını dəyişib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, ailə üzvlərin...

3356 Hadisə 11:06 16 mart 2019

Son xəbərlər