Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Afaq Rüstəmova vəfat edib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Etibar Əliyev sosial şəbəkə hesabında məlumat verib.
“Onun rəhbərlik etdiyi elmi seminarın 3 il üzvü oldum. Həddindən artıq ədalətli, zəhmətkeş, vicdanlı, elmə dəyər verən alimlərimizdən idi. Onun yazdığı “İctimai inkişaf və dil” monoqrafiyasında modernləşmə, kommunikasiya, milli identikliyin formalaşmasında dil amili problemləri nəzərdən keçirilib. Allah rəhmət eləsin!” - E.Əliyev qeyd edib.
Oxşar xəbərlər
Professor Oqtay Nüsrətov vəfat edib
Tanınmış alim, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru, professor Oqtay Qüdrət oğlu Nüsrətov vəfat edib. BAKU.WS...