Azərbaycanda vəzifəli şəxs cərimələndi

Azərbaycanda vəzifəli şəxs cərimələndi
Hadisə 5

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə toyuq cəsədlərinin Sumqayıtçaya atılması ilə bağlı daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmət rəsmisi Fərid Piriyev BAKU.WS-ə bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb. Araşdırma zamanı tullantıların yaxınlıqdakı quşçuluq sexinə aid olduğu müəyyən edilib.

“Faktla bağlı akt, protokol tərtib edilib, quşçuluq sexinin sahibi Marif Muradov vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə olunub”.

Xidmət rəsmisinin sözlərinə görə, tullantıların ərazidən təmizlənməsi üçün məsul qurumlara göstəriş verilib.

"Təəssüf ki, hələ də belə məsuliyyətsiz hallarla üzləşməli oluruq və yaşadığımız mühitə etinasız yanaşmanın, ətraf mühitə laqeyd münasibət göstərən şəxslərin əməllərinin şahidi oluruq.

Hər birimiz anlamalıyıq ki, ətraf mühitə vurduğumuz zərər özümüzə qayıdır. Gəlin yaşadığımız mühiti zibilləməyək, ətraf mühitin çirkləndirilməsinə imkan verməyək".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər