Azərbaycanda vəzifəli şəxs cərimələndi

Azərbaycanda vəzifəli şəxs cərimələndi
Hadisə 147

Azərbaycanda bələdiyyə sədrinin müavini cərimələnib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 25-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Abşeron rayonu ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Hökməli bələdiyyəsinin sədr müavini Z.Buğumov barəsində inzibati protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

Məşhur istirahət mərkəzlərində pozuntular aşkarlandı - FOTO

Məşhur istirahət mərkəzlərində pozuntular aşkarlandı - FOTO

Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir. BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsi...

198 Hadisə 14:38 16 iyul 2021

Son xəbərlər